- Türk-İslam Birliyinin qurulması bütün
İslam və Türk dünyası tərəfindən coşqu və həyəcanla
gözlənilməkdədir. Bu birliyiniyin və ən əhəmiyyətli addımı
Azərbaycan və Türkiyənin iki dövlət, tək millət olaraq
birləşməsidir. Bu birləşmədə hər iki dövlətin də unitar quruluşunun
qorunması əsas olmalıdır. Pasport və viza tətbiqlərinə son
verilməli, ticarət asanlaşdırılmalıdır. Türkiyə və Azərbaycan
arasında daha güclü bir hərbi ittifaq təmin edilməli, Türk-Azəri
hərbi ittifaqı yaradılmalıdır. Türk-İslam Birliyinin ilk mərhələsi
olan bu birləşmənin, daha çox vaxt itirmədən və gecikmədən qısa
müddətdəl həyata keçirilməsi lazımdır.
- Yaxın keçmişdə yaşanan Xocalı Soyqırımı kimi ağrıların təkrar
etməməsi təmin edilməli, bu torpaqlara hüzurun və təhlükəsizliyin
hakim olması üçün 1992-ci ildə işğal edilən Laçın Koridoru açılmalı,
Dağlıq Qarabağ bölgəsi başda olmaq üzrə işğal altındakı bütün
torpaqlar işğaldan xilas edilməlidir. Laçın Koridorunun açılması
üçün hər cür diplomatik cəhdlər olmalıdır.
- Gərginliyi qaldırmaq, həmişə düşmənçilik duyğusunu qızışdırmaq
kimsənin faydasına olan bir davranış deyil. «dövrümüz hirs və kin
çağı deyil, dostluq, sevgi, anlayış, əməkdaşlıq və qardaşlıq
çağıdır. Hirs, intiqam çağları artıq geridə qalmışdır.
İsa bu cavabı verdi: Adam öldürmə, zina etmə, oğurluq etmə, yalan
yerə şahidlik etmə, anana atana hörmət göstər və qonşunu özün kimi
sev. (Matda, 19; 18-19)
Sevgi, qonşuya pislik etməz. Bu səbəblə sevgi, Müqəddəs Qanunun
yerinə yetirilməsidir. (Pavlusun Romalılara Məktubu, 13; 10)
Hər birimiz, qonşusunu ruhunu qaldırmaq məqsədilə, qonşusunun
yaxşılığını güdərək onu məmnun etsin... (Pavlusun Romalılara
Məktubu, 15;2)
- Bu gün edilməsi lazım olan keçmişi buraxıb gələcəyə baxmaqdır.
Davamlı keçmişdə nələr olduğunu danışmaq yerinə gələcəkdə nələr
edilə biləcəyini, bölgədə iqtisadi şərtlərin necə inkişaf etdirilə
biləcəyini, mədəni bir addımın necə edilə biləcəyini, sabitliyin
necə təmin edilə biləcəyini, anlaşılmazlıqların necə tamamilə
ortadan qaldırıla biləcəyini danışmaq lazımdır. Üstündə dayanılması
lazım olan budur. Keçmişi bu günə daşıyaraq, gərginlik mühiti
meydana gətirmənin kimsəyə faydası yoxdur. Şiddət, gərginlik və
ifratlıq heç bir cəmiyyətə fayda verməz. Hər cür şiddətdən qaçınmaq,
ifrat yerinə mülayimliyi seçmək, etidallı davranmaq, xoşgörüşlü və
səbirli olmaq, gündəmə gələ biləcək bütün problemləri razılaşma yolu
ilə həllə qovuşdurmaq ən ağıllı və məntiqli yoldur.
Milli Dəyərləri Qoruma Dərnəyi Başçısı Tarkan Yavaş
|