- Türk-İslam Birliyinin qurulması bütün İslam və Türk dünyası tərəfindən coşqu və həyəcanla gözlənilməkdədir. Bu birliyiniyin və ən əhəmiyyətli addımı Azərbaycan və Türkiyənin iki dövlət, tək millət olaraq birləşməsidir. Bu birləşmədə hər iki dövlətin də unitar quruluşunun qorunması əsas olmalıdır. Pasport və viza tətbiqlərinə son verilməli, ticarət asanlaşdırılmalıdır. Türkiyə və Azərbaycan arasında daha güclü bir hərbi ittifaq təmin edilməli, Türk-Azəri hərbi ittifaqı yaradılmalıdır. Türk-İslam Birliyinin ilk mərhələsi olan bu birləşmənin, daha çox vaxt itirmədən və gecikmədən qısa müddətdəl həyata keçirilməsi lazımdır.

- Yaxın keçmişdə yaşanan Xocalı Soyqırımı kimi ağrıların təkrar etməməsi təmin edilməli, bu torpaqlara hüzurun və təhlükəsizliyin hakim olması üçün 1992-ci ildə işğal edilən Laçın Koridoru açılmalı, Dağlıq Qarabağ bölgəsi başda olmaq üzrə işğal altındakı bütün torpaqlar işğaldan xilas edilməlidir. Laçın Koridorunun açılması üçün hər cür diplomatik cəhdlər olmalıdır.

- Gərginliyi qaldırmaq, həmişə düşmənçilik duyğusunu qızışdırmaq kimsənin faydasına olan bir davranış deyil. «dövrümüz hirs və kin çağı deyil, dostluq, sevgi, anlayış, əməkdaşlıq və qardaşlıq çağıdır. Hirs, intiqam çağları artıq geridə qalmışdır.



İsa bu cavabı verdi: Adam öldürmə, zina etmə, oğurluq etmə, yalan yerə şahidlik etmə, anana atana hörmət göstər və qonşunu özün kimi sev. (Matda, 19; 18-19)

Sevgi, qonşuya pislik etməz. Bu səbəblə sevgi, Müqəddəs Qanunun yerinə yetirilməsidir. (Pavlusun Romalılara Məktubu, 13; 10)

Hər birimiz, qonşusunu ruhunu qaldırmaq məqsədilə, qonşusunun yaxşılığını güdərək onu məmnun etsin... (Pavlusun Romalılara Məktubu, 15;2)


- Bu gün edilməsi lazım olan keçmişi buraxıb gələcəyə baxmaqdır. Davamlı keçmişdə nələr olduğunu danışmaq yerinə gələcəkdə nələr edilə biləcəyini, bölgədə iqtisadi şərtlərin necə inkişaf etdirilə biləcəyini, mədəni bir addımın necə edilə biləcəyini, sabitliyin necə təmin edilə biləcəyini, anlaşılmazlıqların necə tamamilə ortadan qaldırıla biləcəyini danışmaq lazımdır. Üstündə dayanılması lazım olan budur. Keçmişi bu günə daşıyaraq, gərginlik mühiti meydana gətirmənin kimsəyə faydası yoxdur. Şiddət, gərginlik və ifratlıq heç bir cəmiyyətə fayda verməz. Hər cür şiddətdən qaçınmaq, ifrat yerinə mülayimliyi seçmək, etidallı davranmaq, xoşgörüşlü və səbirli olmaq, gündəmə gələ biləcək bütün problemləri razılaşma yolu ilə həllə qovuşdurmaq ən ağıllı və məntiqli yoldur.

Milli Dəyərləri Qoruma Dərnəyi Başçısı Tarkan Yavaş